BolgeXeber.Com » Ölkə » Dərsdən iki aldığı üçün özünü məktəbin ikinci mərtəbəsindən atan məktəbli ilə bağlı - RƏSMİ AÇIQLAMA(VIDEO)

Dərsdən iki aldığı üçün özünü məktəbin ikinci mərtəbəsindən atan məktəbli ilə bağlı - RƏSMİ AÇIQLAMA(VIDEO)

3-10-2016, 10:06
Oxunub: 2 345 Dərsdən iki aldığı üçün özünü məktəbin ikinci mərtəbəsindən atan məktəbli ilə bağlı - RƏSMİ AÇIQLAMA(VIDEO)Abşeron Rayon Təhsil Şöbəsi intihar etdiyi deyilən məktəbli ilə bağlı açıqlama yayıb

Bolgexeber.com xəbər verir ki, şöbənin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Aysel Tahirova Qafqazinfo-ya açıqlamasında bildirib ki, sentyabrın 30-da ayağından zədə alan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuriyev Zahid bütün müayinələrdən keçdikdən sonra dünən səhər saatlarında evə buraxılıb.

“Həkim rəyinə əsasən, Nuriyev Zahid gələn həftədən etibarən məktəbdə dərslərinə davam edə bilər”, - deyə A. Tahirova vurğulayıb.

Qeyd edək ki, 5-ci sinif şagirdi olan Nuriyev Zahid iki aldığına görə özünü məktəbin ikinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerindən çəkilmiş videonu məktəblinin valideyni yayıb.