BolgeXeber.Com » Ölkə » "Pambıq sezonu"nun axırında Zərdabın başçısı bir "Qızıl Bayraq" alacaq - NARAZILIQ VAR...

"Pambıq sezonu"nun axırında Zərdabın başçısı bir "Qızıl Bayraq" alacaq - NARAZILIQ VAR...

17-10-2016, 16:59
Oxunub: 2 599 "Pambıq sezonu"nun axırında Zərdabın başçısı bir "Qızıl Bayraq" alacaq - NARAZILIQ VAR...«TEXNİKİ İŞÇİLƏR ƏLAVƏ PUL QAZANIR»

Rayonun başqa sakini Səməd Əsgərov işsizdir. Deyir, nə qədər istəsələr, pambıq yığmağa hazırdır. Ancaq qarşılığında normal zəhməthaqqı ödənilsin:

«Pambıq toplamaq asan gəlməsin. Gərək 50-60 kilo toplayasan ki, 5-6 manat alasan. Kilosu 10 qəpikdəndir. Çətin, əziyyətli işə görə çox azdır. Ona görə heç işsizlər də bu işə getmir, məcbur olub büdcə təşkilatlarında çalışanları cəlb edirlər».

Növbəti günlər havanın yağışlı keçməsi «pambıqyığan»ların ürəyincə olub. Çünki həftəsonu istirahət günlərini pambıq sahələrində keçirməli olmayıblar. Sakinləri maraqlandıran odur ki, nəyə görə icra hakimiyyəti pambıqyığan maşınlar almır, büdcə təşkilatında çalışanları bu işə cəlb etməklə həm vaxtlarına, həm də əmək fəaliyyətlərinə qənim kəsilir.

«TEXNİKİ İŞÇİLƏR ƏLAVƏ PUL QAZANIR»

Zərdab rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, pambıq yığımında iştirak edənlər nə müəllimlər, nə də həkimlərdir: «Texniki işçilərdir. Özləri könüllü iştirak edirlər. Məvacibləri az olduğundan bu da onlara əlavə pul qazanmaq imkanı verir. Burda pis nə var ki? Həm də pambıq yığımı dayanıb, yağışlı havada pambıq yığılmır».

İcra hakimiyyətindən pambıqyığan kombaynların olduğunu bildiriblər. Ancaq əlavə ediblər ki, hazırda başqa sahələrdə də məhsul yığımı mövsümü olduğundan texnika çatışmazlığı var.

Görünür, yağış kəsən kimi Zərdabda yenə sovet vaxtının «Hamı pambıq yığımına!» şüarı işə düşəcək.

​KÖNÜLLÜ PAMBIQ YIĞIMI, YOXSA MƏCBURİ ƏMƏK?

«Könüllü adı ilə vətəndaşların pambıq tarlalarında əməyə cəlb edilməsi tamamilə qanunsuzdur. Bunu edən təşkilatlar «Könüllü fəaliyyəti haqqında» qanunun tələblərini kobud şəkildə pozurlar».

Son həftələrdə pambıq yığımına tibb, təhsil, mədəniyyət işçilərinin cəlb edilməsinin hüquqi yönlərinə toxunan vəkil Cavad Cavadlı belə deyir. Vəkil qeyd edir ki, şəxslərin könüllü əməyə cəlb olunması 2009-cu ildə qəbul edilmiş «Könüllü fəaliyyəti haqqında» Qanunla tənzimlənir.

Onun bildirməsinə görə, könüllü fəaliyyətə cəlbə yol verən istiqamətlər qanunda konkret göstərilib.

«Qanun könüllülərin işçi çatışmazlığının qarşısını almaq məqsədilə istifadəsini qadağan edir. Habelə, hansısa kommersiya hüquqi şəxsi gəlir əldə etmək üçün könüllünü əməyə cəlb edə bilməz. Bundan əlavə, könüllüləri işə cəlb edən təşkilat könüllülərlə müqavilə bağlamalı və onların həyat və sağlamlıqlarını sığorta etdirməlidir», - deyən vəkilə görə, pambıq tarlalarında işə cəlb olunmalar məcburi əməyə daha çox bənzəyir.

«Bu isə Konstitusiyanın 35-ci maddəsinin (əmək hüququ) tələblərinin pozulmasıdır», - vəkil vurğulayır.

Son həftələr Azərbaycanın bölgələrində müəllimlər, həkimlər və mədəniyyət işçiləri pambıq yığımına aparılır. Hətta pambıq yığımına «ASAN Xidmət»in işçilərinin də cəlb edildiyi bildirilir.

Göyçay rayon icra başçısının birinci müavini İkram Vəliyev AzadlıqRadiosuna deyib ki, heç kimi məcburi pambıq yığımına aparmırlar: «Bütün əhaliyə müraciət olunub. Kim istəyir iş vaxtı, işdən sonra, bazar günü gəlsin, pambığını yığsın, həmin gün də pulunu alıb getsin».