BolgeXeber.Com » Ölkə » Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş məktəblilər arasında şahmat turniri keçirilib - Nərimanov rayonunda
Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş məktəblilər arasında şahmat turniri keçirilib - Nərimanov rayonunda
19-10-2016, 10:47
Oxunub: 2 473
18 oktyabr 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat Məktəbində Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş məktəblilər arasında şahmat turniri keçirilib
Turnirin keçirilməsində məqsəd Dövlət Müstəqilliyinin 25 illiyini geniş qeyd etmək, rayonda şahmat idman növünü daha da inkişaf etdirmək, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, idmana olan maraqlarını daha da artırmaqdır .
Bolgexeber.com xəbər verir ki, yarışın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat Məktəbin direktoru Cəmil Fətullayev çıxış edərək iştirakçıları “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibətilə təbrik etmiş, onlara uğurlar diləmişlər.
Qeyd edək ki, yarışlar İsveçrə sistemi üzrə keçirilib. Yarışda 22 nəfər məktəbli (onlardan 4 nəfər qızlardır) iştirak edib.
Yarışın nəticəсinə görə oğlanlar arasında I yerə Mustafazadə Fikrət, II yerə Bayramov Ülvi, III yerə Xəlilov Emin, qızlar arasında isə I yerə Məmmədova Yasəmən, II yerə Nağıyeva Ləman, III yerə İsmayılova Xanım layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş məktəblilər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər