BolgeXeber.Com » Ölkə » «Azercell»in xidmət keyfiyyətilə onun devizi heç də üst-üstə düşmür

«Azercell»in xidmət keyfiyyətilə onun devizi heç də üst-üstə düşmür

20-10-2016, 09:12
Oxunub: 3 281 «Azercell»in xidmət keyfiyyətilə onun devizi heç də üst-üstə düşmür Şirkətdə müştəri xidməti konsepsiyasının əsas elementləri mövcuddurmu?

«Azercell Telekom» MMC-nin rəhbərliyi hələ də qeyd olunan nöqsanlardan, vətəndaşların haqlı narazlıqlarından nəticə çıxarmayıb 4 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatoru olduğunu bəyan edən və ən çox bazar payı olduğu ilə öyünən, daima bununla fəxrlə danışan, gecə-gündüz telekanallarda özünü və məhsullarını reklam edən «Azercell Telekom» MMC-nin fəaliyyətində son zamanlar ciddi problem müşahidə olunmaqdadır. Belə ki, adıçəkilən operatorların abunəçilərinin telefonuna ya zəng çatmadığını, ya da hər dəfə «yığdığınız nömrə yalnışdır» ifadəsi səsləndirildiyini deyən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü bilgilərdə qeyd olunur ki, bunu texniki nasazlıq adlandırmaq doğru olmazdı. Çünki eyni hadisə mütəmadi olaraq təkrarlanır. İndiyədən bununla bağlı ayrı-ayrı kütləvi informasiya vasitələrində dəfələrlə tənqidi materialların yayımlandığını bildirən mənbənin sözlərinə görə, «Azercell Telekom» MMC-nin rəhbərliyi hələ də qeyd olunan nöqsanlardan, vətəndaşların haqlı narazlıqlarından nəticə çıxarmayıb: «İndiyədək bir neçə dəfə adıçəkilən mobil operatorla bağlı problemlərin yaşandığının şahidi olmuşuq. Lakin hər dəfəsində müəyyən bəhanələr gətirilərək, yaranmış nasazlığın unudulmasına çalışılır. «Azercell» obonetlərinə məlumdur ki, şirkət əsasən «Azercell-lə həyat daha gözəldir» devizilə fəaliyyət göstərir. Lakin deyilənlərə görə, insanların həyatını gözəlləşdirmək iddiasında bulunan «Azercell»in xidmət keyfiyyətilə onun devizi heç də üst-üstə düşmür. Ölkənin ən yaxşı mobil operatoru olmaq arzusunda bulunan, yüksək səviyyəli xidmət məsuliyyətini anladığını bəyan edən və abunəçilərinə dəyər verdiyini, onlara ən yaxşı xidmətləri çatdırmaq üçün səylə çalışdığını deyən «Azercell» son zamanlar göstərdiyi keyfiyyətsiz xidmətlə əyani şəkildə sübuta yetirdi ki, şirkətin xidmət sahəsində ciddi problemləri var. Və bu tez bir zamanda həll olunan işə bənzəmir». Beləliklə, aranan bu və digər nömrəyə ulaşmaq üçün onu dalbadal bir-neçə dəfə yığmaq lazım gəldiyini, hər dəfə yalnız 5-6 cəhddən sonra aranan nömrəyə düşmək mümkün olduğunu iddia edən məlumatlı şəxs qeyd edir ki, bazar iqtisadiyyatında müştərinin istəklərini yerinə yetirmək və onu razı salmaq şirkətin təmsil olunduğu sektorda qələbə çalması üçün ən başlıca şərtlərdən biri hesab olunur: «Çünki bazar tələb və təklf prinsipi üzərində formalaşır və fəaliyyət göstərir. Müasir marketinqdə isə təklifi tələb formalaşdırır. Sadə dilində ifadə etsək, müştərinin tələbləri nədirsə, şirkətlər ona uyğun bir məhsul və ya xidmət göstərməyə çalışırmalıdırlar. Hazırda bunun alternativi yoxdur. İlk baxışdan, «Azercell Telekom» MMC-də hər şeyin müasir standartlar çərçivəsində qurulduğunu demək olar. Amma yaranmış problemdən və həmin problemin hələ də həll olunmamasından sonra normal istehlakçıda belə bir sual yaranır: Görəsən, qeyd etdiyimiz şirkətdə müştəri xidməti konsepsiyasının əsas elementləri mövcuddurmu? Əgər mövcuddursa, bəs niyə buna əməl olunmur?..» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.