BolgeXeber.Com » Ölkə » Cəlilabad rayonunun Soyuqbulaq kəndinə ilk dəfə təbii qaz verilmişdir
Cəlilabad rayonunun Soyuqbulaq kəndinə ilk dəfə təbii qaz verilmişdir
20-10-2016, 17:18
Oxunub: 10 061
Dövlət başçısının tapşırığına əsasən Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam edir
Oktyabrrın 20-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,“Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyət nümayəndələri Cəlilabad rayonunun Soyuqbulaq kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə iştirak etmişdir.Mərasimdə bildirilmişdir ki, 222 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen və 21745 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 222 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Açılış mərasimində dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran rayon icra hakimiyyəti başçısı Əziz Əzizov qeyd edib ki,son 10 ayda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 11 kəndi təbii qazla təmin olunub.Əziz Əzizov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı,Cəlilabadda yaşayış məntəqələrinin sürətlə qazlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı,kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.
Tədbirdə çıxış edən Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Elçin Məmmədov bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır.Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər