“Çudo Peçka” müflisləşdi: 14 mağazadan 4-ü qalıb
26-10-2016, 19:04
Oxunub: 3 705
“Çudo Peçka” mağazalar şəbəkəsi müflis olub
Şirkət işçilərin əmək haqqını və mağazaların aylıq kirayə pulunu ödəməkdə çətinlik çəkir.
Şirkətə məxsus cəmi 4 mağaza qalıb, yaxın günlərdə Xətai rayonu, Əhmədli qəsəbəsindəki mağazanın da bağlanacağı gözlənilir.
Moderator.az xəbər verir ki, bu barədə virtualaz.org saytına şirkətin əməkdaşları məlumat veriblər.
Şirkətin metronun “Əhmədli” stansiyasının yaxınlığındakı mağazasında vitrinlər boşaldılıb.
“Mağazada işçilər arasında ixtisarlar aparılmışdı. Amma yenə də mağazanı saxlaya bilmirlər. Yalnız burada bişirilən məhsulları satışa çıxarmışıq, amma alıcılar çox azdır”, - deyə mağaza satıcıları deyiblər.
Yayılan məlumatlarda şirkətin 26 milyon manatdan çox borcu yarandığı, yenidən məhkəməyə verildiyi də yer alıb. 2001-ci ildə Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlayan “Çudo Peçka”nın şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub.
Sonradan mağazalar şəbəkəsi şirkətin qurucusu, iş adamı Çingiz Cəlilovdan alınıb. Lakin məhkəmənin qərarı ilə şirkət yenidən iş adamına qaytarılıb.
Bundan əlavə, mətbuatda Ç.Cəlilovun “Bank Standart”dan 2,5 milyon dollar kredit götürdüyü, krediti vaxtında ödəmədiyi üçün dəfələrlə cərimə olunduğu yazılmışdı.
“Report” qeyd edir ki, bu gün isə işçilərin maaşı ödənilmədiyi üçün C.Cəlilovun oğlu Anar Cəlilovun polisə çağırıldığı məlum olub. Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Çudo Peçka” mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib.
A.Cəlilovdan izahat alınıb. O, işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər