Böhran rabitəni də “vurdu”, nazir müavinindən özbaşınalıq
4-11-2016, 10:10
Oxunub: 4 998
Quba rayon Telekommunikasıya Qovşağından şikayət var
Məlumata görə, 1996-cı ildən montyor işləyən Kərimov Bəhruz Qurban oğlunun istifadəsindəki (023) 335-29-15 telefon nömrəsi TKQ tərəfindən bu il 30 sentyabrda söndürülüb.
Abunə şöbəsinin rəisi Arzu Abdullayevanın dediklərinə əsasən B.Kərimov abunə ödənişini həyata keçirməyib. Tele-Kommunikasıya Qovşağının əməkdaşlarının, telefon abunə xidmətinə görə ödənişlərdən azad olunduğunu və B.Kərimovdan abunə haqqının tələb edilməsinin qanuna zidd olduğu bildirilməklə telefon nömrəsinin bərpa edilməsi xahiş edilib. Telefon nömrəsinin istifadəyə verilməsi təmin edilməyib.
Faktla bağlı Quba rayon TKQ-nın rəisinə ünvanlanmış ərizəyə verilmiş 18.10.2016-cı il tarixli cavaba əsasən Aztelekom MMC-nin maliyyə çətinliyi ilə əlaqədar rabitə işçilərinə abunə ADSL haqlarının ödənilməsində edilən güzəştlər ləğv edilib.
Quba rayon TKQ-nın inzibati binasının divarına bərkidilmiş Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun adından yazılmış 17.05.2016-cı il tarixli, № 3-10/6529 saylı məktubuna əsasən aylıq abunə haqqının ödənilməsinə rabitə əməkdaşları üçün edilmiş güzəştlər ləğv edilib.
Lakin həmin məlumatın həqiqiliyini təsdiq edən məktubun əslinin rabitə əməkdaşlarına göstərilməsindən Quba rayon TKQ-nın rəhbərliyi yayınıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu barədə rəsmi məlumatı da yayılmayıb. Hesab edilir ki, Quba rayon TKQ-nın rəisinin cavabında göstərilənlərin həqiqətə uyğun deyi, uydurmalardır, qovşaq rəhbərliyinin hərəkətləri özbaşınalıqdır.http://regionxeberleri.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər