Saat 14:45 - Azərbaycana qış gəldi
21-12-2016, 15:36
Oxunub: 4 161
Bu gün saat 14:44:12-də Azərbaycana qış daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun verdiyi məlumata görə, qışın daxil olma vaxtının müəyyənləşdirilməsi Yerin Günəş ətrafındakı hərəkəti ilə bağlıdır: “Qışın daxil olma tarixi hər il fərqlənir. Elə illər olub ki, qış Azərbaycana dekabrın 22-də daxil olub. Fevralın 28 və 29 gündən ibarət olması da buna təsir edir”.
Qeyd edək ki, ötən gecə Azərbaycanda ilin ən uzun gecəsi qeydə alınıb. Belə ki, gecənin uzunluğu 14 saat 43 dəqiqə olub. Bu gecənin uzunluğu əvvəlki gecənin uzunluğundan 1 dəqiqə fərqlənib.
X.Mikayılov əlavə edib ki, dekabrın 21-26-da gecə və gündüzün uzunluğu sabit qalacaq. Dekabrın 27-dən başlayaraq isə 1 dəqiqə fərqlə gecələr qısalacaq, gündüzlər isə uzanacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər