BolgeXeber.Com » Ölkə » Məktəblərin qarşısında avtomobil saxlamaq olarmı? – Yol polisindən açıqlama
Məktəblərin qarşısında avtomobil saxlamaq olarmı? – Yol polisindən açıqlama
22-12-2016, 13:05
Oxunub: 4 535
Bakıda orta məktəblərin qarşısında avtomobillərin 15 dəqiqə müddətində saxlanmasına icazə verilməsi üçün əvvəlcə ona şərait yaradılmalıdır
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Milli Məclisdə orta məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik icazə verilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib.
V.Əsədov bildirib ki, bu gün icazə verilmədiyi halda belə, pik saatlarda məktəblərin qarşısında sıxlıq yaranır: “İcazə verilsə, vəziyyət daha çətin olacaq. Problemdən çıxış yolu kimi məktəblərin ətrafında dayanacaqların yaradılması daha məqsədəuyğundur. Amma indiki şəraitdə paytaxtın mərkəzindəki məktəblərin ətrafında avtomobil dayanacaqlarının yaradılması da mümkün deyil. Bir real variant var ki, bu da uşaqların ictimai nəqliyyatla müxtəlif məntəqələrdən daşınmasının təşkil edilməsidir”.
V.Əsədov vurğulayıb ki, gələcəkdə inşa ediləcək təhsil müəssisələrində avtomobil duracaqlarının olmasına da diqqət yetirilməlidir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər