28 dəfə Həccə gedən sabiq deputat: Tarixə düşmüşəm
8-02-2017, 11:08
Oxunub: 3 656
Mən Azərbaycan tarixinə düşmüşəm
Bolgexeber.com xəbər verir ki, bunu Ölkə.az saytına Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə deyib.
Onun sözlərinə görə, Milli Məclisdə elə adam olmayıb ki, o, 28 dəfə Həcc ziyarətində, 2 dəfə Kəbə evinin içərisində olsun.
“Mənim ağılım başımdadır, Milli Məclisdə deputat olmuşam. Allah nəsib etsə, bu il də Həcc ziyarətində olacam. Bütün bunları deputatların içində ancaq mən etmişəm. Bundan sonra da mənim etdiklərimi təkrarlayacaq insana yalnız Allah bunu bəxş edə bilər. Təsəvvür edin ki, 50 ildən sonra Milli Məclisin tarixinə baxılanda deyiləcək ki, deputat Hacı Qalib filan qədər Həcc ziyarətində olub və sairə. Ona görə də mən özümü tarixə düşmüş insan hesab edirəm”.
O bildirib ki, Sovet hökuməti dövründə bizneslə məşğul olub.
“Bakı şəhərində 2 otaqlı mənzilim, Bilgəhdə bir bağ evim, bir də maşınım var. Avtomobilimin də ili köhnədir, “Ford”dur, 5 il bundan əvvəl 70 min dollara almışdım. Mənzil də Sovet hökuməti dövründən qalıb.
1984-1985-ci illərdə tikinti materialları mağazam var idi, oradan əldə etdiyim bir günlük gəlirim 25 min 600 manat idi. Hətta, rəhmətlik atam o vaxt gəlirimi biləndən sonra mənə dedi ki, mənim 10 illik maaşım sənin bir günlük gəlirindən azdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər