Suraxanı rayon icra hakimiyyəti 50 ailəni evsiz qoydu
11-02-2017, 12:42
Oxunub: 4 353
Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 43 saylı binanın 5-8 bloklarında yaşayan 50 ailə evlərindən çıxarılıb
Bununla bağlı sakinlər müraciət edib. Bu il yanvarın 13-də sakinlərə deyiblər ki, 2 gün ərzində evi boşaldın, bina qəzalı vəziyyətdədir.
Sakinlər onlara heç bir sənəd təqdim olunmadığına, təminat verilmədiyinə görə evi boşaltmaqdan imtina ediblər.
Yanvarın 25-də binanın işığı, qazı kəsilərək sakinləri çıxmağa məcbur ediblər. Ailələrə pərakəndə şəkildə 200-300 manat kirayə haqqı verilib.
Hələ də binanın taleyi haqqında sakinlərə heç bir məlumat verilməyib.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanıb. Sakinlərin bu vəziyyətə hələ neçə müddət tab gətirməli olduğu soruşulub. İstiqlal.az-ın sorğusuna cavab olaraq icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirib ki, bu addım sakinlərin təhlükəsizliyi baxımından atılıb. Çünki onların yaşadıqları bina tam qəzalı şəraitdədir: "Sakinlərin köçürülməsi vacib idi. Çünki bu bina qəzalıdır və bu addımı bədbəxt hadisəyə yol verməmək üçün atmışıq. Fövqəladə Hallar Nazirliyi və digər dövlət strukturları bununla bağlı hazırda araşdırma aparırlar. Onların rəyindən asılı olaraq bina ilə bağlı qərar qəbul edəcəyik". (istiqlal.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər