"Texnika yolları təmizləyə bilmir" - "Azəravtoyol"
17-02-2017, 11:24
Oxunub: 4 719
Bəzi yolları təmizləməkdə problemlər var
Qarlı hava şəraiti "Azəravtoyol" ASC-nin balansında olan Bakının əsas magistral yollarında, o cümlədən paytaxtın giriş-çıxış yollarında heç bir problem yaratmayıb.
İstipress-in "Azəravtoyol" ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəflidən aldığı məlumata görə, bəzi ərazilərdə texnika təmizlik işləri aparmaqda çətinlik çəkir: "Söhbət bəzi tunellərdən, enişli-yoxuşlu yollardan gedir. Bəzi sürücülər hazırlıqlı olmadığından olduqca aşağı sürətlə hərəkət etdiyindən və ya yolda qaldığından tıxac yaranır, texnikamız həmin ərazilərə çata bilmir. Məcburiyyətdən oradakı işlər canlı qüvvəmiz tərəfindən aparılır. Aparılan işlərə 400-dək müxtəlif təyinatlı texnika, texnika girə bilməyən yerlərə isə ASC-nin əməkdaşları cəlb olunub."
Anar Nəcəfli bildirib ki, hazırda əsas yolların heç birində problem yoxdur: "Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, Bakı Dairəvi - 1 yolu, Bakıətrafı digər yollarda hər hansı problem müşahidə olunmur. Balansımızda olan digər yollarda isə əməkdaşlarımız təmizləmə işləri həyata keçirilir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər