BolgeXeber.Com » Ölkə » Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb-Stansiyaya giriş bərpa olunub-FOTO

Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb-Stansiyaya giriş bərpa olunub-FOTO

15-03-2017, 22:48
Oxunub: 2 831 Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb-Stansiyaya giriş bərpa olunub-FOTO "Özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib və bütün sərnişinlər el diliyən desək , öz ayaqları ilə metronu tərk ediblər”

Bildiyimiz kimi bu gün Bakı metropolitenində tuneldə tüstülənmə başlayıb. Baş verən tüstülənmə ilə əlaqədar sərnişinlər təxliyə edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Bölgə TV-nin əməkdaşına bildirib ki, hadisə “28 may” və “Gənclik” metro stansiyaları arasında baş verib:

“Əslində hadisə yerində olan və ya zəng edən KİV nümayəndələrinə bütün açıqlama verilirdi. Amma yenə də nə baş verdiyini açıqlayım . Nəzərə alın ki, bayaqdan hadisə yerində idim və ünvanladığınız suallara cavab verə bilmirdim. Hazırda işdəyəm. “28 may” və “Gənclik” stansiyaları arasında tüstülənmə müşahidə edilmişdi. Dərhal əməkdaşlarımız tunelə düşdülər ki, hadisənin baş vermə səbəbini aydınlaşdırsınlar. Təlimata uyğun olaraq da, dərhal FHN yanğından mühafizə xidmətinə və təcili tibbi yardıma müraciət olundu. İki stansiya arasındakı tunellərdə bir-birinə keçid tuneli var. Oradakı lövhədə kabellərdə qısa qapanma nəticəsində qızma baş vermişdi. Bunun nəticəsində naqillərin üstündəki təbəqə ərimişdi və tüstülənmə əmələ gəlmişdi. Qatarların hərəkəti nəticəsində və havalandırmaya görə tüstülənmə “Gənclik” və “28 may” stansiyalarında da müşahidə edilirdi. Operativ tədbirlər nəticəsində problem aradan qaldırıldı. Sərnişinlər və qatarların hərəkəti üçün qısa müddətlik məhdudiyyət aradan qaldırıldı. İstər sərnişinlərin həyatına, istərsə də metropoliten əməkdaşlarının həyatına hər hansı problem yaranmayıb. Özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib və bütün sərnişinlər el diliyən desək , öz ayaqları ilə metronu tərk ediblər”.
Bolgexeber.com