Bərdədə Novruz şənliyi keçirilib-FOTOLAR
17-03-2017, 18:58
Oxunub: 5 701
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev meydanda Bayram tonqalını yandırmışdır
Rayonun mərkəzi meydanında keçirilən Novruz bayramı şənliyində rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayon icra hakimyyətinin, YAP rayon təşkilatının,hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri – cəmi 15 min nəfər iştirak etmişdir
Bolgexeber.com xəbər verir ki,rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevi və rayonun rəhbərlərini Dədə Qorqud və Bahar qız Novruz Bayramının personajları kosa və keçəl ilə birgə qarşılamış və salamlamışlar.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayonun rəhbərləri Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil və musiqi məktəblərinin və məktəbəqədər və məktəbdənkənar müəssisələrin kollektivlərinin hazırladıqları sərgilər ilə tanış olmuş, məktəblilərin ifasında bədii kompozisiya və səhnələrə, gənc idmançıların idman proqramlarına, gənclərin dirə-döymə oyunlarına, pəhləvanların və kəndirbazların səhnələrinə tamaşa etmiş, milli məişət və mətbəximizlə bağlı hazırlanmış tədbirlərlə tanış olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev meydanda Bayram tonqalını yandırmışdır.
Musiqi sədaları altında meydana Bahar qızı gəlmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev rayon sakinlərinə təbriklə çıxış etmişdir.
Rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup sakin rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, bir qrup sakinə qiymətli hədiyyələr təqdim edilmişdir.Tədbir rayonun mədəniyyət işçilərinin, özfəaliyyət dərnəklərinin hazırladığı səhnəciklər və konsert proqramı ilə müşayiət olunmuşdur.








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər