BolgeXeber.Com » Ölkə » "Özüm və oğlum əlilik, kirayə pulunu verə bilmirik" - Şəhid xanımı parklarda gecələyir
"Özüm və oğlum əlilik, kirayə pulunu verə bilmirik" - Şəhid xanımı parklarda gecələyir
28-04-2017, 11:36
Oxunub: 3 996
Vətən uğrunda canından keçən, gözünü qırpmadan həyatını qurban verən şəhidlərimizin özündən sonra bizlərə əmanət elədiyi təkcə Vətən yox, həm də onların alilələri, yaxınlarıdır
Di gəl, bu məmləkətdə haqsızlıqdan əziyyət çəkən, laqeydliyin qurbanı olanlar arasında onların ailələri, yaxınları da var. Kəlbəcər uğrunda gedən döyüşlərdə həyatını itirən Rafiq Məhərrəmovun ailəsi artıq uzun illərdir onlara olan biganəlikdən əziyyət çəkir.
Sabunçu rayonu, Vişnovka-2, Bağ sahəsi, evi 212 ünvanında qeydiyyatda olan Məhərrəmova Arzu Həsən qızı "Gündəm xəbər"ə yazdığı məktubda bildirir ki, I qrup əlildir: "Oğlum Məhərrəmov Əli Rafiq oğlu II qrup əlildir. Mənim yoldaşım Rafiq Məhərrəmov 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid oluи. 1994-cü ildən bu yana mən əzab çəkirəm. Bir qız övladım - Sevda Məhərrəmova şəraitsizlikdən 7 aylığında dünyasını dəyişdi. 2013-cü ildən də mənzil növbəsindəyəm. Ailə vəziyyətim olduqca pis".
Arzu Məhərəmova yazır ki, neçə illərdir kirayələrdə qalır, kirayə pulunu verə bilmədikdə isə övladı ilə birlikdə parklarda gecələməyə məcbur olur.
Qəzetimiz vasitəsilə ölkə rəhbərliyinə müraciət edən şəhid xanımı Arzu Məhərəmova bildirir: "Xahiş edirəm ki, mənim ailə vəziyyətimin ağır olmasını, şəhid ailəsi olduğumü, özüm və oğlumun əlil olduğumuzüi nəzərə alaraq bizim müvəqqəti sığınacaqla təmin olunmağımıza köməklik edəsiniz".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər