Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib
29-04-2017, 09:55
Oxunub: 3 754
Aprelin 27-də Tərtər rayonundakı “N” saylı hərbi hissədə yuxarı sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun zona birinciliyində Ağcabədi və Bərdə komandaları uğurla çıxış edərək, yarışların final mərhələsinə vəsiqə qazanıblar
Zona yarışında Naftalan, Yevlax, Bərdə, Goranboy, Ağcabədi, Ağdam, Xocalı, Şəmkir şəhər və rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb. Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışların rəsmi açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, “N” saylı hərbi hissənin komandir müavini Anar Cavadov çıxış edərək, hər il keçirilən “Şahin” hərbi-idman oyununun yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsində, orta məktəb şagirdlərinin ordu sıralarına xidmətə hazırlanmasında əhəmiyyətini yüksək qiymətləndiriblər.
Bolgexeber.com xəbər verir ki, gənc şahinlər qarşısında hərbi hissənin xüsusi təyinatlı bölüyünün nümunəvi çıxışı nümayiş etdirilib. Sonra yarışlara start verilib.
Hərbi-idman oyununda komandalar sıra hazırlığı, avtomat darağının doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı kimi mərhələlərdə qüvvələrini sınayıblar.
Zona mərhələsinin qalibi Ağcabədi və ikinci yerin sahibi Bərdə komandaları “Şahin” hərbi-idman oyununun mayın əvvəllərində Bakıda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar.








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər