BolgeXeber.Com » Ölkə » İpoteka Fondunun yaradılması ilə bağlı qanunda dəqiqləşmə aparılıb - FƏRMAN
İpoteka Fondunun yaradılması ilə bağlı qanunda dəqiqləşmə aparılıb - FƏRMAN
28-11-2017, 09:46
Oxunub: 3 526
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilib
Bolgexeber.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla 4.8-ci bənddə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilən tapşırıq) edilən dəyişikliyə əsasən, Nazirlər Kabineti Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi qaydasını 1 ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Bəndin əvvəlki variantı isə belə idi: Nazirlər Kabineti Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini 1 ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər