BolgeXeber.Com » Ölkə » Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilib - FOTO
Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilib - FOTO
4-12-2017, 12:00
Oxunub: 3 656
Horadiz şəhərində Heydər Əliyev Mərkəzində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev , Təhsil, Səhiyyə, Mədəniyyət sahələrində çalışan gənclər , orta məktəblərin yuxarı sinif şagirdləri , “N” saylı hərbi hissənin əsgərləri , Qarabağ müharibəsi veteranları və ziyalılar iştirak etmişlər.
Bolgexeber.com xəbər verir ki, tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmışdır. Alı Alıyev bildirmişdir ki, Respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ciddi işlər görülür. Orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşlər təşkil olunur. Heydər Əliyev Mərkəzində şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu barədə məlumat verilir. Alı Alıyev qeyd edib ki, rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin nəticəsidir ki, Füzuli rayonunda həqiqi hərbi xidmətə çağırış yüksək səviyyədə həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, hərbidən yayınma və fərarilik halları mövcud deyil. Alı Alıyev gənclərə ölkəmizi sevməyi , vətənin adını daim uca tutmağı, vətənpərvər gənclər kimi yetişməyi tövsiyyə etmişdir. Digər çıxış edənlər rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında görülən işlərdən , həyata keçirilən tədbirlərdən danışmışlar. Sonda bir qrup gəncə fəxri fərmanlar təqdim edilmişdir.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər