“Rabitə işi” Ali Məhkəməyə çıxarıldı - GƏLİŞMƏ
26-01-2018, 18:19
Oxunub: 3 049
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərinin barəsindəki apellyasiya qərarından kassasiya şikayəti verilib
“Qafqazinfo”nun xəbərinə görə, təqsirləndirilən şəxslərdən yalnız Bayram Vəliyev qərarla razılaşıb və şikayət etməyib.
Kassasiya şikayəti üzrə məhkəmə prosesi hakim Əli Seyfəliyevin icraatına verilib. Məhkəmənin ilk iclası martın 2-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu iş üzrə təqsirləndirilənlər - “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və Vidadi Zeynalov 13 il, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il, “Optik Qurğular İdarəsi”MMC-in rəhbəri Emin Məmmədov 10 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Cəlil Cəfərov, Səhrab Hümmətov, Bayram Vəliyevə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Adıçəkilən şəxslər hökmdən apellyasiya şikayəti veriblər və Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.
Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayevə şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Təqsirləndirilən şəxslərin 2009-cu ildən öncə əldə etdikləri əmlakların üzərindən həbs götürülüb və onların özlərinə qaytarılıb.
Xatırladaq ki, V.Zeynalov 2015-ci il oktyabrın 28-da həbs edilib. O artıq cəzasının yarısından çoxunu çəkmiş sayılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər