BolgeXeber.Com » Ölkə » Azərbaycan futbolunda iyrənc olay: Məşqçi uşağa ayaqqabısını öpdürüb, videosunu yaydı
Azərbaycan futbolunda iyrənc olay: Məşqçi uşağa ayaqqabısını öpdürüb, videosunu yaydı
9-07-2018, 12:33
Oxunub: 3 910
Bakıda fəaliyyət göstərən “Vətən” Futbol Məktəbində xoşagəlməz hadisə yaşanıb
Yenicag.az xəbər verir ki, U-11 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov yetirmələrinə qarşı iyrənc əməl edib
Belə ki, adıçəkilən şəxs uşaqları döyür, söyür, bu azmış kimi həmin anı videoya çəkərən komanda üzvləri arasında yayır. Bu şikayətlə ilə valideynlərdən biri Yenicag.az-a müraciət edib.
Adının açıqlanmasını istəməyən valideynin sözlərinə görə, Samir Əbdürrəhmanov etdiyi digər əməl bağışlanmaz cinsdəndir. İş burasındadır ki, U-11-in çalışdırıcısı yetirmələrindən birinə ayaqqabısını öpdürüb, daha sonra lentə aldığı həmin anı da çəkinmədən uşaqlar arasında yayıb. Sözügedən video valideyndə var. Sadəcə, övladı sarsılmasın deyə, həmin anı ictimailəşdirmək istəmir.
Qəribəsi odur ki, Əbdürrrəhmanovun özü də heç nə olmamış kimi, belə bir iyrənc əməl etdiyini danmır. O, qəbahət iş görmədiyini düşünür. Uşağının ciddi psixoloji travma aldığını söyləyən valideyn Samir Əbdürrəhmanovla telefon söhbəti edərkən məşqçi heç kimdən çəkinmədiyini söyləyib. O, AFFA-nın Məşqçilər Komitəsinin sədri olan dayısı Vaqif Sadıqova güvəndiyini bildirib.
Ancaq şikayətçi valideyn məsələni bu yerdə qoymaq niyyətində deyil. O, ən qısa vaxt ərzində hadisə ilə bağlı Respublika Baş Prokurorluğa müraciət edəcək. Qeyd edək ki, iyrənc olayların cərayən etdiyi “Vətən”in prezidenti Mustafa Həsənovdur. Sözügedən məktəb Təhsil Nazirliyi tərəfindən maliyyələşir və illik büdcəsi iki milyon manata bərabərdir.
Xatırladaq ki, gənclərdən ibarət Azərbaycan millisinin sabiq üzvü olan Samir Əbdürrəhmanov futbolçu karyerası ərzində “Şəfa”, “Dinamo- Bakı”, “İnter”, “Masallı” və “Bakı” kimi klublarında çıxış edib. 2006-cı ildə futbolçu karyerasını başa vuran Əbdürrəhmanov məşqçi kimi fəaliyyət göstərib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər