3-cü sinif şagirdi məktəbdə intihar etmək istədi - Bakıda DƏHŞƏT
11-10-2018, 12:55
Oxunub: 4 375
Müəyyən olunub ki, sözügedən şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı deyil
Bolgexeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında 302 nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. Məktəbdən “Qafqazinfo”ya daxil olan məlumata görə, şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.
Müəyyən olunub ki, sözügedən şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı deyil.
O, dini təriqətə qoşulmuş valideynlərinin təsiri altındadır:
“Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları rəhbərliyə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib.
Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub.
Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər”.
Qeyd edək ki, ötən gün də 76 nömrəli tam orta məktəbdə 6-cı sinif şagirdi dəhlizdə gözyaşardıcı qaz sıxdığından şagirdlər təxliyyə olunmuşdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər