BolgeXeber.Com » Ölkə » Tərtərin təmas xəttində yerləşən kəndində kitabxana istifadəyə verilib-FOTO
Tərtərin təmas xəttində yerləşən kəndində kitabxana istifadəyə verilib-FOTO
25-12-2018, 12:05
Oxunub: 5 207
Tərtər rayon mərkəzləşdirilmiş kitabxana sisteminin Ağkənd kənd kitabxana filialı üçün yeni inşa edilən bina istifadəyə verilib
Bolgexeber.com xəbər verir ki,bina Akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnistutunun direktoru, akademik Vaqif Abbasovun maliyyə vəsaiti və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tikilib.
Bu münasibətlə keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar, məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni mədəniyyət müəssisəsinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək, kənddə yaşayan yeniyetmələrin, gənclərin bu kitabxanadan lazımi şəkildə istifadə etmələrini tövsiyyə edib. Ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb, mədəniyyətin inkişafına xüsusi diqqət yetirildiyini bildirib.
Akademik Vaqif Abbasov bilik mənbəyi olan kitabın əhəmiyyətindən, onun insan şüuruna, cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən danışıb, kənd oxucularını yeni inşa olunan kitabxananın xidmətindən səmərəli istifadə etməyi arzulayıb. Kitabxananın kənddə yaşayan gənclərin mədəni tərbiyəsində mühüm rol oynayacağını bildirib.
Tədbirdə digər çıxış edən kənd ziyalıları, ağsaqqallar, gənclər ölkəmizdə mədəni sahənin inkişafına göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra mərasim iştirakçıları kitabxanada yaradılan şəraitlə tanış olublar. 3742 nüsxə kitab fonduna malik kitabxana yeni kitab rəfləri, stol və stullar, digər zəruri ləvazimatlarla təmin edilib.









Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər