Bakının bu ərazisində söküntü başlanılır
6-02-2019, 14:36
Oxunub: 4 022
Bakının "Sovetski” adlanan ərazisində yaşayış üçün yararsız olan binaların sökülməsi və gələcək abadlaşdırmanı nəzərdə tutan layihə ən irimiqyaslı təşəbbüslərdəndir və ona görə də onun tam icrası azı bir il də davam edəcək.
Bolgexeber.com-un trend-ə istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Onun sözlərinə görə, bu layihə Bakının Baş Planının vacib lokal elementlərindəndir: "Hazırda "Sovetski" ərazisində yaşayış evlərinin sökülməsinin ikinci mərhələsi davam edir. Artıq demək olar ki, ərazinin böyük hissəsi istifadə üçün yararsız ev və tikililərdən azad edilib. Bu gün "Sovetski"də ümumi istifadə və istirahət üçün nəzərdə tutulmuş park zonasının yaradılması üzrə iş davam etdirilir. Burada rekreasiya zonası yaradılır və artıq yaşıllaşdırma prosesi başlayıb. Bu işlər Təzəpir məscidinin olduğu yerə qədər aparılacaq".
Komitə rəsmisi əlavə edib ki, Bakıda evlərin sökülməsi "Kubinka” adlanan ərazidə də planlaşdırılıb, amma bu prosesin başlayacağı tarixi indidən demək çətindir: "Bakıda lokal söküntülər öz bizneslərinin böyüməsində maraqlı olan özəl şirkətlər tərəfindən həyata keçirilə bilər. Bu, istənilən tikinti təşkilatı və ya şəxs ola bilər".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər