Akademik Musiqili Teatrda Ramiz Mirişlinin xatirəsi anılacaq
18-04-2019, 09:32
Oxunub: 3 072
20 aprel saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Mirişlinin 85 illik yubileyi ilə əlaqədar unudulmaz sənətkarın “Amerikalı kürəkən” (libretto müəllifi M.Haqverdiyev) tamaşası nümayiş olunacaq
Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum bəstəkarın yaradıcılıq yolu barədə çıxış edəcək.
Qeyd edək ki, ilk dəfə 29 may 2010-cu ildə göstərilən və teatrın repertuarında özünəməxsus yeri olan bu səhnə əsəri artıq 53-cü dəfə nümayiş olunacaq.
Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər – Novruz Qartal, Almaz Ələsgərli, aktyorlar – Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Fərid Rzayev, Eleanora Mehdiyeva və Nigar Qarayeva ifa edəcəklər.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər