BolgeXeber.Com » Ölkə » Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi — Gəncədə DƏHŞƏTLİ qətl
Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi — Gəncədə DƏHŞƏTLİ qətl
18-05-2019, 12:57
Oxunub: 4 396
Gəncə Ağır Cinayətlər Məhkəməsində adam ğldürməkdə təqsirli bilinən Qasımov Bahadur Əli oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir
"Ölkə.Az" xəbər verir ki, hakim Faiq Mahmudovu sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 29-na təyin olunub.
İttihama görə, ötən ilin sentyabr ayında Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiklərini bildirərək, onların razılıqlarını almaq istəyib. Amma qarşı tərəf yenə rədd cavabı verib. Asəf İsayev əvəzində qızı yenə qaçırdacağını deyib.
Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla Gəncə şəhərində görüşüb, söhbət etmək istədiyini bildirib.
Nəticədə onlar görüşüblər. B.Qasımov söhbətə gələn A.İsayevi Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 77 ünvanında yerləşən qardaşına məxsus evə aparıb və orada aralarında mübahisə düşüb. Bu zaman B.Qasımov onun boğazını kəsərək qətlə yetirib. O, daha sonra yaşadığı Şəmkir rayonuna gedib. Bir neçə gündən sonra isə Şəmkir rayon Polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları A.İsayevin meytini hadisənin qeydə alındığı ünvanda aşkar edərək onu tibbi ekspertizaya təhvil veriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər