BolgeXeber.Com » Ölkə » İcra başçısı Ramazan Bayramı münasibətilə aprel şəhidinin ailəsinə baş çəkib
İcra başçısı Ramazan Bayramı münasibətilə aprel şəhidinin ailəsinə baş çəkib
6-06-2019, 11:55
Oxunub: 4 806
Tərtərdə şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində işlər görür.
İcra başçısı Ramazan Bayramı münasibətilə aprel şəhidi Nicat İsgəndərovun ailəsinə baş çəkib
Bolgexeber.com xəbər verir ki, bu gün Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ramazan Bayramı münasibətilə aprel şəhidi Nicat İsgəndərovun atası Bəhruz İsəndərovun evində olub, onun səhəhətilə maraqlanıb. Qeyd edək ki, şəhid atası Bəhruz İsgəndərov Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə may ayının 23 də ürəyində yaranmış problemlə əlaqədar əməliyyat olunub, hazırda sağlığına qovuşub. Rayon rəhbəri şəhid atasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, bayram sovqatları verib və xoş arzularını çatdırıb. Bildirib ki, bu gün özümə borc bildim ki, gəlib Sizə baş çəkim, bayramınızı təbrik edim. Siz şəhid valdeyinlərinə qayğı göstərmək hər birimizin ən ümdə borcumuzdur. Vətən üçün igid oğullar böyüdən valdeyinlərə qayğı ilə yanaşmaq hər bir azərbaycanlının ən əsas işi olmalıdır. Şəhid atası ilə səmimi söhbətdə rayon rəhbəri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.
İcra başçısı Ramazan Bayramı münasibətilə aprel şəhidi Nicat İsgəndərovun ailəsinə baş çəkib
Şəhid atası Bəhruz İsgəndərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər