BolgeXeber.Com » Ölkə » Vətəndaşla nairlik arasında maaş qalmaqalı - "Abidəyə qulluq edən mənəm, maaşı alan isə başqası"
Vətəndaşla nairlik arasında maaş qalmaqalı - "Abidəyə qulluq edən mənəm, maaşı alan isə başqası"
1-07-2019, 10:54
Oxunub: 2 917
Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid aşkar olunan abidə kənd sakini Elşad Dabaxovun həyətində yerləşir
Kənd sakini Sputnik Azərbaycan-a bildirib ki, illərdir bu abidəni qoruyur, ətrafında təmizlik işləri aparır: "Nə mən, nə də həyat yoldaşım işləyir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm ki, onsuz da bu abidəyə mən baxıram. Abidəyə qulluq edən mənəm, maaşı alan isə onların müəyyən etdiyi şəxslərdir. İldə bir-iki dəfə gəlirlər, baxıb gedirlər. Bu da olur onların mühafizəsi".
Kənd sakini deyib ki, Balakən rayon İcra hakimiyyətinə bununla bağlı müraciət edib: "Mənə dedilər ki, bu məsələyə Mədəniyyət Nazirliyi baxır. İcradan mənə iş təklif etdilər. Lakin səhhətimlə əlaqədar onların təklif etdikləri işdən imtina etdim. Mənim həyətyanı sahəm bu abidəyə görə zəbt olunub. Bir sözlə, mən torpağımdan da yararlana bilmirəm. Övladlarım məktəblidirlər. Onlara pul lazım olur. Mən də xəstəyəm, barı abidənin mühafizəsi işini mənə tapşırsalar dolana bilərəm".
"Niyə mən zəhmət çəkim, başqası maaş alsın? Axı mən də işsizəm. Etiraz olaraq övladlarını bir müddət məktəbə getməyə icazə vermədim. Əgər gələn il də belə davam etsə, mən övladlarımı məktəbə qoymayacam" - deyə kənd sakini iddia edir.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, kənd sakinin şikayətindən xəbərdardırlar və onun şikayəti əsassızdır. Abidəni mühafizəsi üçün təhkim olunan şəxs bir abidəni mühafizə etmir. Həmin şəxsə bölgədəki bütün abidələrin mühafizəsi tapşırılır. Balakən rayonunda xeyli sayda abidə var ki, onların əksəriyyətinin yolu uzaqdır və yolu keçilməzdir. Nazirlikdən onu da bildiriblər ki, abidənin olduğu ərazinin satışı qanunsuzdur və yolverilməzdir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə