Bakıda ictimai çimərliklər yaradılır - SİYAHI
26-07-2019, 15:21
Oxunub: 3 790
Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.
Xatırladaq ki, BŞİHçimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olması ilə bağlı məlumat yaymışdı.
Həmçinin müxtəlif çimərliklərdə reyd keçirilərək, orada olan qapılar, şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülmüş, eyni zamanda, sahibkarlara xəbərdarlıq edilmişdi ki, çimərlik ərazilərinə giriş pulsuzdur və əhalidən yalnız xidmətə görə pul almaq olar.
Bundan başqa məsələ ilə əlaqədar “Qaynar xətt” fəaliyyətə başlayıb və vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng edib məlumat verə bilərlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər