Vəsiqəsini girov qoyan deputatın nə qədər borcu var? – SİYAHI
24-09-2019, 12:50
Oxunub: 4 084
Son günlər millət vəkili Rafael Cəbrayılovla bağlı yaranmış borc skandalı getdikcə böyüyür
Borca görə deputat vəsiqəsini girov qoyan R.Cəbrayılovun başqa borclarının olduğu və bu məbləğin bir neçə milyonu ötdüyü bəlli olub.
Axar.az xəbər verir ki, R.Cəbrayılov əvvəlcə Fətəliyeva Təranə Rasim qızından 300 min dollar borc alması müqabilində deputat vəsiqəsini girov qoyması ilə gündəmə gəldi. Məlum oldu ki, deputat notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə Təranə Fətəliyevadan 300 min ABŞ dolları borc alıb, lakin ödəyə bilməyib.
Buna görə də Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib və məhkəmə 15 fevral 2019-cu ildə iddiaçının xeyrinə qiyabi qətnamə qəbul edib. Rafael Cəbrayılov isə məhkəmənin qərarı ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Deputatla bağlı daha bir borc faktı onun Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliməsi Xatirə Nəcəfovaya 300 min dollar borc alması və bunun müqabilində oba da deputat vəsiqəsini girov qoymasıdır.
Millət vəkili Rafael Cəbrayılovun borc karvanına daha bir “qurban” qoşulub. Onun AG Bank ASC-yə ümumilikdə 2.222.232 ABŞ dolları (3.777.794 manat) və 326.848.80 min manat məbləğində kredit borcu olması üzə çıxıb.
Hakim Ş.Nəcəfovanın sədrliyi ilə keçirilən məhkəmədə sözügedən məbləğin cavabdeh Cəbrayılov Rafael Kamil oğlundan AG Bank ASC-nin xeyrinə tutulmasına, qərar verilib.
Bəlli olan borcları hesabladıqda millət vəkili Rafael Cəbrayılovun AG Bank ASC-yə 4.104.642, ayrı-ayrı şəxslərə (Təranə Fətəliyeva və Xatirə Nəcəfova) 1.020.000 manat, ümumilikdə 5.124.642 manat məbləğində borcu olduğu müəyyən edilib.
Göstərilən məbləğin deputat Rafael Cəbrayılovun borcunun yalnız bir hissəsini təşkil etdiyi, onun müxtəlif bankları və ayrı-ayrı şəxslərə yenə külli miqdarda borclarının olduğu deyilir.
ictimai rezonans doğuran hadisəyə millət vəkilləri də reaksiya verib. Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı saytımıza açıqlamasında bildirib ki, deputat Rafael Cabrayılovla bağlı deyilənlər təsdiqlənərsə, İntizam Komissiyası bu məsələyə mütləq baxacaq və adekvat reaksiya veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər