Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib
28-09-2019, 14:03
Oxunub: 4 922
Sentyabrın 28-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları “Nəsimi ili” və prokurorluq işçilərinin peşə bayramı münasibətilə ağacəkmə kampaniyası keçirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumatda bildirilir ki, son illər respublikamızda yaşıllıqların artırılması, yeni park və xiyabanların salınmasına diqqət artırılıb:
"Yaradılan parklar və yaşıllıqlar sakinlərdə xoş əhval- ruhiyyə yaradır. Əkilən agaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, paytaxtın ümumi mənzərəsinə yeni çalarlar əlavə edir.Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib. Azərbaycan Respublikası Prokurorlugu orqanlarının əməkdaşları da bu xeyirxah və nəcib tədbirdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Ulu öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və prokurorluq işçilərinin peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib.
Tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində - Heydər Əliyev adına hava limanına gedən yolun Zığ qəsəbəsinin yaxınlığında 1 hektar ərazidə mindən artıq müxtəlif növ ağaclar əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən agacların küləkdən qorunması üçün dirəklər basdırılmış və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb".
Məlumatda qeyd edilir ki, aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər