BolgeXeber.Com » Ölkə » "Bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil..." - GİLEY
"Bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil..." - GİLEY
9-12-2019, 09:40
Oxunub: 3 957
Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən Hüseynbala Ağaverdiyev adına 113 nömrəli məktəbdə şagirdlər soyuqdan donur.
Bu haqda Moderator.az-a bir qrup valideyn şikayət edərək problemin həll edilməsini istəyiblər.
Onların sözlərinə görə havaların soyumasına baxmayaraq məktəbdə istilik sistemləri hələ ki, işə salınmayıb və sinif otaqları soyuq olduğu üçün şagirdlər üşüyür. Dərsə gələn şagirdlər sinif otaqlarında isitmə sistemləri olmadığı üçün gödəkçələrini əyinlərindən çıxarmırlar. Valideynlər isə deyir ki, bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil, soyuq sinif otağında oxuyan uşaq sözsüz ki, xəstələnəcək və dərsdən qalacaq.
Qeyd edək ki, 2400 şagirdin təhsil aldığı məktəb bu il Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən əsaslı təmir etdirilib. Məktəbin direktoru isə Rövşən Qasımovdur. Hələ ötən dəfə saytımıza danışan məktəb direktoru təmir zamanı məktəbin istilik sisteminin təkminləşdirildiyini və əlavə qazanxanalar quraşdırıldığını bildirmişdi. Görünür hələ şagirdlər təzə qazanxanaların işə düşməsi üçün bir az da gözləməli olacaqlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər