BolgeXeber.Com » Ölkə » Prezident “Azərxalça”ya 17,5 milyon manat ayırdı

Prezident “Azərxalça”ya 17,5 milyon manat ayırdı

29-12-2019, 17:55
Oxunub: 3 105 Prezident “Azərxalça”ya 17,5 milyon manat ayırdıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev yunəyirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, yunəyirici-boyaq fabrikinin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.13-cü yarımbəndində göstərilmiş məbləğin 17 535 600 manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.