BolgeXeber.Com » Ölkə » “Qarabağ qazisi od püskrdü :"İmişlinin icra başçısı bizlərlə maraqlanmır”-Foto/Video

“Qarabağ qazisi od püskrdü :"İmişlinin icra başçısı bizlərlə maraqlanmır”-Foto/Video

8-01-2021, 10:49
Oxunub: 3 308 Oxuinfo.az xəbər verir ki, bu barədə əməkdaşımıza Qarabağda gedən döyüşlərdə qazı olmuş İmişli rayonunun Muruğzalli kənd sakini Məhəmmədov Ceyhun Elşad oğlu bildirib.
Qarabağ qazisi bildirib ki, çətin, olduğca ağır döyüşlərdə iştirak etdib. Qubadlı istiqamətində gedən döyüşlərdə, döyüşə yollanan zaman erməni əsgərlərinin atdığı raket nəticəsində olduglari hərbi maşının partlaması nəticəsində ciddi yaralar alib. Təcili olaraq xəstəxanaya çatdırılan Qarabağ qazisi sonradan Bakı şəhərinə gətrilib. Qarabağ qazisi Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə onu təltif etdiyi üçün minnətdarlığını bildirib, və ölkə rəhbərinin hərbiçilərimizə göstərdiyi diqqət və qayğısina görə təşəkkürünü bildirib.

Amma əfsuslar olsun ki, evinə geri dönən günündən bu günə kimi, İmişli rayon icra başçısının onunla maraglanmadiğini deyib, axı necə ola bilər başqa rayonların icra başçıları qazilərini ziyarət edir İmişli rayonunun icra başçısı, sifariş gondərməsən gəlmir.

Qarabağ qazisi onuda bildirdi ki, yalnız onu İmişli rayonundan millət vəkili seçilmiş Razı Nurullayev, və onun köməkçisi Vüqar Süleymanov gəlib ziyarət ediblər, onun vəziyəti ilə maraqlaniblar.

Əlbətdəki, nəzərə alsaq ki, qazilərimizin qanı canı bahasına biz bu günləri rahat firavan yaşaya bilirik, İmişli icra hakimiyətinin başçısının bu biganəliyini sizlər kimi bizdə anlaya bilmirik.
Ətrafli videosujetdə.
Problemlə bağlı qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq.