BolgeXeber.Com » Ölkə » “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradıld
“Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradıld
30-01-2021, 14:48
Oxunub: 6 875
Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılıb.
Bolgexeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya tərkibi aşağıdakılardır:
Komissiyanın sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini.
Komissiyaya tapşırılıb ki, Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin və müvafiq təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.
Müəyyən edilib ki, Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq "Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər