Sabah havanın temperaturu 28 dərəcəyədək artacaq
12-05-2021, 12:33
Oxunub: 3 208
Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.
Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər