BolgeXeber.Com » Ölkə » Prezidentdən yeni məktəb tikintisi ilə bağlı SƏRƏNCAM

Prezidentdən yeni məktəb tikintisi ilə bağlı SƏRƏNCAM

17-05-2021, 13:04
Oxunub: 3 000 Prezident İlham Əliyev Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon  manat ayrılır.