BolgeXeber.Com » Ölkə » Mayın 28-i ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA

Mayın 28-i ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA

24-05-2021, 12:33
Oxunub: 4 016 Xəbər verdiyimiz kimi, 28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

Qeyri-iş günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulduğunu nəzərə alsaq, belə bir sual yaranır: Cümə günü ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulacaqmı?

Bolgexeber.com-un məlumatına görə, məsələ ilə bağlı sfera.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu barədə hələ ki məlumat yoxdur:

"İctimai nəqliyyatın hərəkətinə məhdudiyyətin tətbiq edilməsi səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusdur.

Mayın 28-də belə bir qadağa tətbiq edilərsə, qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək", - deyə qurum rəsmisi qeyd edib.