BolgeXeber.Com » Ölkə » Ekologiyamız bölgələrdə necə qorunur-REPORTAJ (FOTO,VİDEO)

Ekologiyamız bölgələrdə necə qorunur-REPORTAJ (FOTO,VİDEO)

29-05-2021, 09:20
Oxunub: 4 232 Məlum olduğu kimi BOLGEXEBER.COM  BÖLGƏ TV  “Ekologiyamızı necə qoruyaq” rubrikasına start verib.
 Rubrikanın mövzusu ölkəmizin bütün guşələrində təbiətimizin , ekologiyamızın necə qorunması barədədir. 
Bildiyiniz kimi ölkədə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması dövlətimizin böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.
 
Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan onu qeyd etmək lazımdır ki, son zamanlar  Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən görülən müsbət işlər göz qabağındadır.
Belə ki, ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirilir, bu istiqamətdə məqsədyönlü tədbirlər görülür.
BOLGEXEBER.COM-un əməkdaşları ənənəvi rubrika çərçivəsində bu dəfə Şəki, Qax, Zaqatala, Balakəndə olublar və adıçəkilən ərazilərin ekologiyasına nəzarət edən 7 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyətinin tam qənaətbəxş olmasının şahidi olmuşlar.
Belə ki,ölkəmizin dilbər və füsunkar guşələrindən olan adıçəkilən rayonlarında təbiətin qorunması, yaşıllıqlara qayğı ilə yanaşılması hiss olunur.
Bunu əməkdaşlarımızın söhbət etdiyi çoxsaylı sakinlər də bizə təsdiq etdilər.
7 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Namiq Yusifov əməkdaşımıza bildirdi ki,idarənin  əməkdaşları mütəmadi olaraq ərazidə reydlər keçirir, bütün lazımi tədbirləri görür:
“İdarəmiz rəhbərliyin verdiyi bütün tapşırıqların və qərarların icra olunmasına nəzarət edir. Əməkdaşlarımız tərəfindən ərazilərdə mütəmadi olaraq əğaclar əkilir, yaşıllıqlar salınır.  Qanun pozuntuları aşkar olunan müəissələr cərimələnir.
Ekologiyanı pozanlara qarşı mütəmadi keçirilən reydlər zamanı qanun pozuntuları aşkar oluanda bunu aktlaşdıraraq  aidiyyatı qurumlara göndəririk. 
Bildiyiniz kimi region zəngin meşələri, təbiəti, özünəməxsusluğu ilə turistlər üçün də çox cəlbedicidir. Biz də çalışırıq regionun bu gözəlliyini qoruyaq və yaşıllıqları artıraq. Mütəxəssislərimiz tərəfindən ərazilərdəki əkin sahələrində müxtəlif ağac tingləri və toxumları, şitillər əkilir,ağaclar yetişdirilir. Həmçinin idarəmizin əməkdaşları ekologiyamızın qorunması və vacibliyi  ilə bağlı vətəndaşlarla tez-tez maarifləndirmə işləri aparır.”
BOLGEXEBER.COM-un ərazidən çəkdiyi foto və video görüntüləri təqdim edirik: