BolgeXeber.Com » Ölkə » “Qurtuluşdan Zəfərə”.

“Qurtuluşdan Zəfərə”.

16-06-2021, 17:53
Oxunub: 2 384 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu. Təəssüf ki, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də dövlətin dövlətin bütün təsisatlarında bir boşluq vardı. Ermənistanın Azərbaycana qarşı işğalçılıq təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış və istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq göstərən Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdı. Qeyd edək ki, ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı 5 bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planını tam gücü ilə işə salmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Vəziyyəti nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar müsbət nəticə vermirdi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədi ilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi.1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, həmin gün şanlı tariximizin dönüş anı, kimi daxil oldu. Sonralar millət vəkilləri 15 iyunu təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Azərbaycan xalqının Milli Qurtuluş Günü Azərbaycan 6 Respublikasında rəsmi bayramlardan biri kimi 1997-ci ilin 15 iyunda bayram elan edilib. Bayrama 1998-ci ildən dövlət statusu verilib.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

.

"Ulu öndərimizin siyasi kursunun əsas istiqamətlərindən biri Ermənistanın ölkəmizə və xalqımıza qarşı təcavüzünün qarşısının alınması, eləcə də münaqişənin dinc yolla nizamlanması və ərazi bütövlüyümüzün bərpası idi. Cəbhədə atəşkəsin əldə olunması Azərbaycanda milli ordu quruculuğu prosesini sürətləndirməyə, ölkəmizin

iqtisadi və hərbi potensialını gücləndirməyə imkan verdi. Bütün bunlarla yanaşı, ümummilli liderin ölkəyə ikinci dəfə rəhbərlik etməyə başlamasından sonra stabillik indeksi yarandı və bununla da Azərbaycan tarixində yeni səhifənin açılmasının şahidi olduq. "Milli qurtuluşdan başlanan yol xalqımızı tarixi qələbə gününə qədər apardı. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-i Azərbaycanın tarixinə ən şanlı bir gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu”. Xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Və düşmənin 30 illik işğalına son qoyuldu. Bir vaxtlar işğal altında olan ərazilərimizdə indi abadlıq-quruculuq işləri geniş vüsət alıb və xalqımız Böyük Qayıdışın astanasındadır . 15 İyun təkcə dövlətçiliyimizin xilası deyildi, bu, həm də 44 günlük müharibədə ölkə rəhbəri, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm qələbənin təməli idi. Təbii ki, bu gün qazanılan uğurların əsasında ümummilli liderin müəyyənləşdirdiyi və miras qoyduğu siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi faktoru dayanır. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunu uğurla davam etdirir. Keçən hər bir gün bir daha təsdiq edir ki, böyük həyat yaşamış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb”