Azərbaycanın Dövlət Komitəsi Van Dammın oğluna müraciət edib
17-06-2021, 18:26
Oxunub: 3 360
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi müsahibə üçün dünyaca məşhur aktyor və idmançı Jan-Klod Van Dammın oğluna müraciət edib.
Bu barədə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.
"Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberqlə azərbaycanlı dostunun vasitəsilə əlaqə saxladıq və "Vətən uzaqda deyil" proqramının "Yad oğlu, yad qızı" rubrikası üçün müsahibə almaq istədiyimizi bildirdik (yad kürəkənimiz kimi).
Kristofer müsahibə verib-verməməyi azərbaycanlı xanımı Suada Hacızadə ilə məsləhətləşməli olduğunu bildirdi:
"Şəxsi həyatımızla bağlı məlumatları ictimailəşdirmək üçün ortaq qərar verməliyik". Kristoferdən cavab gözləyirik", - Dövlət Komitəsinin rəsmisi deyib.
Qeyd edək ki, Jan-Klod Van Dammın oğlu azərbaycanlı Suada Hacızadə ilə evlənib. Cütlüyün izdivacı ictimaiyyətin böyük marağına səbəb olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər