Şəki sakinindən müxtəlif tipli odlu silahlar götürülüb
21-06-2021, 13:30
Oxunub: 6 120
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə şəhər sakini Abdullətif Bayramovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin zirzəmisindən “Makarov” və “Naqan” tipli tapançalar, onlara aid 22 ədəd patron, bir ədəd lüləsi kəsilmiş və bir ədəd qoşalülə ov tüfəngləri, həmçinin pnevmatik “TİR” tüfəngi, idman tapançası və ona aid 6 ədəd giliz, qırmalar və pistonlar, 5 ədəd bıçaq aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya göndərilib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər