BolgeXeber.Com » Ölkə » ŞUŞA- QARABAĞIN İNCİSİ, MƏDƏNİYYƏTİMİZİN OCAĞI

ŞUŞA- QARABAĞIN İNCİSİ, MƏDƏNİYYƏTİMİZİN OCAĞI

2-07-2021, 09:15
Oxunub: 3 280 Keçdiyimiz günlərdə Prezident İlham Əliyevin Şuşaya səfər etməsi bizim üçün böyük əhəmiyyətə malikdir. Bu səfər təxribatların, qarşıdurmanın bitdiyinin və böyük qayıdışın, yenidən qurmanın simvoludur. Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması da, Azərbaycanın İslam aləminin fərqli ölkəsinə çevrilməsinə şərait yaratmışdır.  Şuşanın azad edilməsi vətən müharibəsində böyük əhəmiyyətə malik hadisədir. Həm də qeyd etmək yerinə düşərdi ki,  Şuşa düşmən üzərində tarixi zəfərimizin də simvoludur. Bu səbəbdəndə Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlığı tarixində hər zaman xüsusi yer tutacaq. 
Bizim üçün dəyəri hec nə ilə əvəz olunmayan torpaqlarımızın azad edilməsində canlarını verən şəhidlərimizə, qazilərimizə dövlətin qayğısı və diqqəti hər zaman ön plandadır  və bundan sonra  da belə davam edəcəkdir. Şuşa uğrunda gedən ağır döyüşlərdə düşmənin ağır artilleriyası qarşısında yüngül silahlarla döyüşə girən igidlərimiz düsmən ordusunu əlbəyaxa məhv etməklə yanaşı həmdə Şuşanı azad edə bilməkçün nə qədər istəkli olduqlarını göstərmişdilər. Əlbəyaxa döyüşlərlə, şəhidlərimizin qanı, canı bahasına azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə və Vətən müharibəsinin sonuncu mərhələsi idi.  Bugün şahidi oluruq ki, Azərbaycan xalqı arasında şəhidlərimizə və qazilərimizə nə qədər hörmət var, və onların qəhrəmanlıqları heç bir zaman unudulmayacaq. Onları hər zaman xatırlamaq və gələcək nəsillərə örnək olan qəhrəmanlıqlarını yad etmək bizim borcumuzdur.
 Şuşa Azərbaycanın dəyərli yazıçılarının, şairlərinin vətəni olmuşdur. Digər işğaldan azad olunmuş şəhərlərlə yanaşı Şuşanın da mədəni tarixinin, burada Azərbaycan xalqına məxsus olan hər bir tikilinin, abidələrin ermənilər tərəfindən necə vəhşiliklə dağıdıldığının şahidi oluruq. Hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda mədəniyyət abidələrimizin bərpası üçün böyük işlər görülür. Ölkə rəhbəri Azərbaycan xalqına verdiyi bütün sözləri tutmaqda davam edir. Hər zaman Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı atdığı addımlar xalqımızın və dövlətimizin gələcəyinə hesablanmış siyasət olmaqla yanaşı, həm də Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi onun bütün fəaliyyəti dövründə özünü göstərmişdir.. Bu gün isə, onun layiqli davamçısı,  İlham Əliyev Azərbaycan tarixini qızıl hərflərlə yazmaqda davam edir və işğal olunmuş torpaqlarımızda dağıdılan bütün mədəniyyətimizi bərpa edərək bu torpaqların həqiqi sahiblərinin kim olduğunu düşmənlərimizə sübut edir.
Rəshad Cəbrayılov