BolgeXeber.Com » Ölkə » Bakıda qısqanc ərdən dəhşətli əməl - arvadını öldürdü, sonra özünü bıçaqladı
Bakıda qısqanc ərdən dəhşətli əməl - arvadını öldürdü, sonra özünü bıçaqladı
9-07-2021, 12:03
Oxunub: 3 216
Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.
1980-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu həyat yoldaşına bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra Y.Cəfərov özünü bıçaqlayıb.
Hadisə nəticəsində qadın çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində keçinib. Y.Cəfərov isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Bakıda əri tərəfindən bıçaqlanaraq qətlə yetirilən qadının ad-soyadı məlum olub.
Bu, 1986-cı il təvəllüdlü Musayeva Elnarə Əlimusa qızıdır.
O, əri - 1980-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlunun vurduğu 22 bıçaq zərbəsi nəticəsində həyatını itirib. Məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.
Qeyd edək ki, onların birgə nikahdan iki övladı var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər