BolgeXeber.Com » Ölkə » Bakıda dəhşət: "Patı" istifadəçisi olan ana və sevgilisi beş yaşlı uşağın dilini qopardı (FOTO)
Bakıda dəhşət: "Patı" istifadəçisi olan ana və sevgilisi beş yaşlı uşağın dilini qopardı (FOTO)
17-07-2021, 16:42
Oxunub: 4 624
Bakıda 5 yaşlı uşaq anası və onun sevgilisi tərəfindən zorakılığa məruz qalıb.
Bu barədə açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, hazırda uşaq Bakıdakı xəstəxanaların birindədir:
"Bu cinayət faktıdır. Bir neçə gün öncə 5 yaşlı uşaq "anası" tərəfindən nənəsinin əvvəllər işlədiyi kafedə qoyulub. İşçilər nənəyə zəng vurur ki, uşaq ölür... Uşaq xəstəxanaya travmatalogiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Dünən xəstəxanada olduq, çəkilişimizi DİN-ə göndərdik. Təhqiqat gedir”.
Kamalə Ağazadə bu gün uşağın nənəsi ilə də görüşdüyünü deyib:
"Nənə uşağın qızı Səadət ilə sevgilisi Kamran tərəfindən edildiyini iddia edir. Uşağın bədənində siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da "məni Kamran döydü, dilimi də o dişlədi... Anam da ordaydı”, deyə bildirir. Nənənin dediyinə görə, bir dəfə də uşağa zorakılıq olub, üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir..."patı”... Gerisini aidiyyatı qurumlara buraxıram. Mən isə 5 yaşlı körpəni tək buraxmayacam”.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər