BolgeXeber.Com » Ölkə » Sumqayıt sakini Biləsuvarda külli miqdarda “patı” ilə saxlanıldı

Sumqayıt sakini Biləsuvarda külli miqdarda “patı” ilə saxlanıldı

7-08-2021, 11:30
Oxunub: 2 600 Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Mirseyidov Biləsuvar rayonu ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən 44 qrama yaxın psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.