"Azərsun"un malları boykot olunsun - ÇAĞIRIŞ
12-08-2021, 11:14
Oxunub: 17 192
"EcoFront" ekologiya təşkilatı "Azərsun Holdinq"də istehsal olunan malları boykot etməyə çağırıb.
Təşkilatın "Facebook" hesabında paylaşılan yazıdan belə anlaşılır ki, holdinqin tabeliyində fəaliyyət göstərən istehsalat müəssisələri ətraf mühitə ciddi ziyan vurur.
Bu cür müəssisələrdən biri də Tağıyev qəsəbəsi ərazisindəki yerləşən Azərsun Sənaye Parkında yerləşən yağ zavodudur.
Paylaşımda qeyd edilir: "Qubadan Bakıya qayıdıram. "Nasosnu"nu (Tağıyev qəsəbəsi - red.) keçən kimi, Azərsun Sənaye Parkında yerləşən yağ zavodunun yanından keçəndə iyrənc yağ iyindən dayanmaq olmur. Külək tutanda "Nasosnu"da nəfəs almaq dözülməz olur, əşyalar, insanların üst-başı, saçı, hər yer yağ hissəciklərinə bürünür. Bu zavodu ETSN (Ekologiya və Təbii Sərvətlər Nazirliyi - red.) cərimə etmək üçün məhkəməyə müraciət etdiyini açıqlayıb. Amma zavodun adını çəkməyə də qorxur.
Tağıyev qəsəbəsində yerləşən yağ zavodu deyir. Belə açıqlama olur? Müəssisənin, şirkətin adı yoxdur? ETSN bu şirkətin adını çəkməyə qorxursa, ona necə təsir edə bilər axı? Öz haqqımızı, özümüz qorumalıyıq. ETSN bizim təmiz və sağlam ətraf mühitdə yaşamaq haqqımızı qoruya bilmir. "Azərsun Holdinq"in bütün məhsullarını hamımız baykot etməliyik".
Paylaşımın müəllifi onu da qeyd edib ki, "Azərsun Holdinq" Binəqədi qəsəbəsinin kanalizasiya sularını ora qəsdən axıdaraq Masazır gölünü də məhv edib.
araz.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər