BolgeXeber.Com » Ölkə » Azərbaycanlı jurnalist 32 yaşında koronavirusdan vəfat etdi

Azərbaycanlı jurnalist 32 yaşında koronavirusdan vəfat etdi

28-08-2021, 15:01
Oxunub: 3 928 Azərbaycanda gənc jurnalist koronavirusdan vəfat edib.

Bir müddət öncə "COVID-19” virusuna yoluxan 32 yaşlı Oğuz Altay (Şahverdi Şirinli) bu gün dünyasını dəyişib.

Qeyd edək ki, o 10 gün öncə sosial şəbəkə hesabında koronavirusla bağlı paylaşım edib: Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi halda yenidən koronavirusa yoluxub”.

Altay bir müddət azvision.az saytında çalışıb. Son olaraq isə Femida.az saytında çalışıb.