BolgeXeber.Com » Ölkə » Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

4-10-2021, 11:56
Oxunub: 3 208 DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oktyabrın 2-si saat 21 radələrində Ağdaş rayonu Orta Ləki kəndi ərazisində Yuxarı Ləki kənd sakini Nazim Feyzullayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə piyada, həmkəndlisi Mahir Məmmədovu vurub. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.