BolgeXeber.Com » Ölkə » Hacıqabulda “Azərbaycan ədaləti bərpa etdi” devizli açıq dərs keçirilmişdir

Hacıqabulda “Azərbaycan ədaləti bərpa etdi” devizli açıq dərs keçirilmişdir

12-10-2021, 11:19
Oxunub: 4 616 11 oktyabr 2021-ci il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzi Hacıqabul şəhər 10 saylı texniki-təbiət fənlər təmayüllü tam orta məktəbdə II Qarabağ (Vətən) Müharibəsi mövzusunda “Azərbaycan ədaləti bərpa etdi” devizli açıq dərs keçirilmişdir.
Məktəbin akt zalında VIII sinif şagirdlərinin iştirakı ilə keçirilmiş tədbirdə Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev, elmi işçi Xanım Ağayeva, zal baxıcısı Təranə Ağayeva və  təsərrüfat müdiri Elnarə İsmayılova iştirak etmişlər.
M.İsayev, ümumiyyətlə, Vətən müharibəsi, o cümlədən, tədbirin keçirildiyi gündən bir il əvvəlki hadisələr haqqında danışmış, eləcə də şagirdləri müharibə tarixinin daha mükəmməl yazılmasından ötrü onun iştirakçıları barəsindəki materialların toplanması işində fəal iştirak etməyə çağırmışdır.
Sonra X.Ağayeva “Azərbaycan ədaləti bərpa etdi” mövzusunda mühazirə oxumuşdur.
Məktəb rəhbərliyi tədbirə görə Mərkəzə təşəkkürünü bildirmişdir.
 
Məhəmməd İsayev,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi