BolgeXeber.Com » Ölkə » AzTV-də işdən çıxarılan polkovnik-leytenanta yeni vəzifə verildi

AzTV-də işdən çıxarılan polkovnik-leytenanta yeni vəzifə verildi

22-11-2021, 15:00
Oxunub: 3 672 Bir müddət öncə vəzifədən çıxarılan polis rəisinə yeni vəzifə verilib.
Nazirin əmri ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Cəfərov Xəqani Xıdır oğluna başqa vəzifə verilib.

O, Bakı Neft Emalı Zavodunun mühafizə üzrə Polis Şöbəsinin rəisi təyin olunub.